• Bakı 26° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Hərbi bazada yanğın başladı - Yaponiyada

DÜNYA

20 Iyul 2026 | 10:31

Hərbi bazada yanğın başladı - Yaponiyada

Yaponiyanın Tokio şəhərindən şimalda yerləşən Asaka quru özünümüdafiə qüvvələrinin bazası ərazisində güclü yanğın qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Yaponiya televiziyasının verdiyi məlumata əsasən, yanğın bazanın daxilindəki məişət tullantıları poliqonunda başlayıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadaları alovun lokallaşdırılması istiqamətində fəaliyyətlərini davam etdirirlər.

Hazırda zərərçəkənlər barədə heç bir məlumat daxil olmayıb.

Mütəxəssislər alovun baza ərazisində mövcud olan inzibati və yaşayış binalarına keçməsinin qarşısını almaq məqsədilə vəziyyəti ciddi nəzarətdə saxlayırlar. Yaxınlıqdakı ərazilərdə yaşayan sakinlərə yanğın tamamilə söndürülənə qədər hadisə yerinə yaxınlaşmamaq tövsiyə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026