• Bakı 18° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Hesablama Palatası icra edilən tədbirlərlə bağlı məlumat verdi

CƏMİYYƏT

22 Aprel 2025 | 11:23

Hesablama Palatası icra edilən tədbirlərlə bağlı məlumat verdi

Başa çatdırılmış maliyyə və uyğunluq auditləri üzrə aşkarlanmış nöqsanlar və onların yayılma dərəcəsindən asılı olaraq verilmiş rəylər üç növdə olub.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Qeyd olunub ki, rəylərin 8,1% müsbət, 67,6%-i şərti müsbət, 24,3%-i isə mənfi rəylər olub: 

Vurğulanıb ki, Hesablama Palatasının nəzarət tədbirləri üzrə qərarların icra səviyyəsi 70%-dən yuxarı olub. 52 kollegiya qərarı ilə təsdiq edilmiş 467 tədbirin 172-si tam, 37-si qismən icra edilib, 65-i icra olunmayan, 193-ü isə qanunvericiliklə müəyyən edilmiş müddəti bitməyən tədbirlərdən ibarət olub.

Mina Mikayılova


SON XƏBƏRLƏR