• Bakı 6° C

    0.62 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Hikmət Hacıyev TDT-in baş katibi ilə görüşdü

SİYASƏT

02 Sentyabr 2023 | 21:11 | Müəllif: Subhan Mahmudov

Hikmət Hacıyev TDT-in baş katibi ilə görüşdü

İstanbulda TDT Katibliyinin binasında Türkiyə Dövlətləri Təşkilatının (TDT) Baş katibi səfir Kubanıçbek Ömurəliyev Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı baş katib və Hikmət Hacıyev TDT-nin gündəliyində duran məsələləri və qarşıdan gələn TDT tədbirlərinə hazırlıq işlərini müzakirə ediblər.

Tərəflər Türk Dünyasında baş verən son hadisələrlə bağlı da fikir mübadiləsi aparıblar. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026