• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Hindistanda daşqınlar 22 nəfərin həyatına son qoyub

DÜNYA

21 Avqust 2022 | 11:07 | Müəllif: Subhan Mahmudov

Hindistanda daşqınlar 22 nəfərin həyatına son qoyub

Hindistanın şimalındakı Himaçal-Pradeş əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində ötən gün ərzində səkkiz nəfərlik ailə də daxil olmaqla ən azı 22 nəfər ölüb, daha 5 nəfər itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şənbə günü jurnalistlərə Sudeş əyalətinin təbii fəlakətlərlə mübarizə departamentinin direktoru Kumar Mohta bildirib.

"Maksimum zərər Mandi, Kangra və Çamba rayonlarında qeydə alınıb", - Mohta bildirib.

Torpaq sürüşmələri ştatın bir çox yollarında, o cümlədən Manalidən Çandiqarxa gedən böyük magistralda nəqliyyatın hərəkətini iflic edib. Ən çox insan Mandi rayonunda ölüb - 13 nəfər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026