• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Hulusi Akar: “Müttəfiqlərimizi xəbərdar etmişik”

DÜNYA

02 Sentyabr 2022 | 13:29 | Müəllif: Subhan Mahmudov

Hulusi Akar: “Müttəfiqlərimizi xəbərdar etmişik”

“Bu silahlanma deyilən, ittifaq deyilən şeylə heç bir yerə gedib çıxa bilməzsiniz. Uzatdığımız əli tutun”.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Yunanıstanın Egey dənizinə daxil olmasına bu sözlərlə reaksiya verib.

“Həmsöhbətlərimizə Yunanıstanın macəraya atılmamasını, bir daha problemə düşməməsini, bir daha böyük zərbə almamasını, xəyal qırıqlığı ilə nəticələnəcək cəhdlərdən əl çəkməsini və tarixdən dərs alması lazım olduğunu dönə-dönə xatırlatmağa davam edirik.

NATO və üçüncü ölkələr Yunanıstanın nə etdiyini görməlidirlər. Müttəfiqlərimizi xəbərdar etmişik, onlardan obyektiv olmalarını gözləyirik”, - deyə Akar vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026