• Bakı 29° C

    3.41 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

I yarımildə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,2% artıb

İQTİSADİYYAT

15 Iyul 2025 | 11:31

I yarımildə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,2% artıb

2025-ci ilin birinci yarımili üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 291,5 mln. kilovat-saat, yəni 2,2% artaraq 13 849,3 milyon kilovat-saat olub.

Bu barədə Bakıvaxtı.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu dövrdə İES-lərdə 11 519,2 milyon kilovat-saat, SES-lərdə 1 860 milyon kilovat-saat, digər mənbələr üzrə isə 470,1 milyon kilovat-saat, o cümlədən külək elektrik stansiyalarında 21,0 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 314,6 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 134,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən 297,2 milyon kilovat-saat artımla 2 330,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

6 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12 323,2 milyon kilovat-saat (İES-lərdə 10 441,4 milyon kilovat-saat, SES-lərdə 1 851,1 milyon kilovat-saat, GES-lərdə 30,7 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,6 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 511,5 milyon kilovat-saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 709,9 milyon kilovat-saat, idxalı isə 81,1 milyon kilovat-saat olub.


SON XƏBƏRLƏR