İcra hakimiyyətinin təlimatına sakinlər icra edir, amma özü icra etmir.
Bakıvaxtı.az xəbər verir ki, Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən quraşdırılan konteynerlərdən (zibil qabı) tullantıların yığılması və daşınması qaydasına əməl edilmir.
Zibil qutularının içərisinə baxdığımızda gördük ki, doğrudan da zibillər nəzərdə tutulduğu qaydada atılır. Belə ki, narıncı rəngdə olan konteynerlərə şüşə, karton, kağız, metal, plastik tullantılar, yaşıla isə digər tullantılar atırlar. Qaydalara əməl etməyənlər inzibati məsuliyyətə cəlb oluna bilər. Amma Mənzil Kommunal Təsərrüfatı Birliyi qaydalara əməl etmir. Həm narıncı, həm də yaşıl rəngdə olan konteynerlərdə olan tullantılar eyni nəqliyyat vasitəsilə daşınır. Yəni tullantılar təyinatı üzrə daşınmır, nəqliyyat vasitəsində tullantılar bir-birinə qarışır.
Ramid İbrahimov


















