"Kiyev ukraynalıları dekabrda keçiriləcək referenduma və Rusiya ilə danışıqlara hazırlayır".
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu türkiyəli analitik Engin Özer deyib.
Onun sözlərinə görə, son bir neçə həftə ərzində Ukrayna administrasiyasına yaxın olan bəzi ekspertlərin və jurnalistlərin xalqı referenduma və sülh danışıqlarına hazırladıqları açıq şəkildə müşahidə olunub:
"Çox güman ki, dekabrın ortalarında danışıqlar başlayacaq. Yeni ildə sülh sazişi imzalanacaq və ya münaqişənin dondurulması ilə bağlı qərar veriləcək".
Gülşən Şərif














