• Bakı 19° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

İki azarkeş oyundan öncə bıçaqlandı

İDMAN

07 Mart 2024 | 17:50

İki azarkeş oyundan öncə bıçaqlandı

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Roma”–“Brighton & Hove Albion” matçından öncə iki azarkeş bıçaqlanıb.

Bakıvaxtı.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, iki britaniyalı azarkeş Romanın mərkəzində bıçaqlı hücuma məruz qalıb və əşyaları oğurlanıb.

Azarkeşlər yaxınlıqdakı restorana yaxınlaşaraq kömək istəyiblər. İngiltərədən olan 28 və 29 yaşlı fanatlar dərhal xəstəxanaya çatdırılıblar. Onların sağlamlıqları üçün təhlükə yoxdur.

İtaliya polisi bildirib ki, hücum edən şəxslər axtarılır. Hadisənin “Roma” azarkeşləri ilə əlaqədar olmadığı vurğulanıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026