Tətbiq geri qaytarma prosesini asanlaşdırmaq üçün hərəkətə keçdi. Şirkət, mobil tətbiqində "tezliklə silinəcək" adlı bir xüsusiyyət təqdim etməyə başladı. İstifadəçilər bu xüsusiyyət sayəsində bu yaxınlarda sildikləri paylaşımları yenidən qiymətləndirib profillərinə qaytara bilərlər.
Bakıvaxtı.az xəbər verir ki, bu xüsusiyyət standart foto və videolar ilə məhdudlaşmır. Bura IGTV və Reels yazıları da daxildir. İnstagram bunun, xüsusən profillərə edilən hücumlara qarşı təsirli bir vasitə olacağına inanır.
Bəzi hücumlarda, xüsusilə “influencer” kimi önəmli insanların İnstagram profillərini ələ keçirənlər, bu profillərdəki yazıları silə bilərlər.
İnstagram istifadəçilərinin silinmiş bir yazını tamamilə silmək və ya bərpa etmək üçün e -poçt və ya mətn mesajı ilə hesab sahibi olduqlarını təsdiqləmələri lazımdır.
Silinmiş paylaşımları 30 gün ərzində "tezliklə silinəcək" qovluğunda tapa bilərsiniz. 30 gündən sonra paylaşımlar avtomatik silinəcək.
Xatırladaq ki, xüsusiyyət hələ də bütün istifadəçilərə yayılmayıb.
Aytac Aslan
















