• Bakı 23° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İran-dan Suriyadakı son hadisələrə MÜNASİBƏT

DÜNYA

08 Mart 2025 | 09:50

İran-dan Suriyadakı son hadisələrə MÜNASİBƏT

İran Suriyanın ərazi bütövlüyü, sabitliyi, təhlükəsizliyinin təmini, bütün etnik qrupların və başqa sosial təbəqələrin dinc yanaşı yaşaması prinsipindən çıxış edir.

Bakıvaxtı.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Suriyada baş verən son hadisələrlə bağlı ölkəsinin mövqeyini açıqlayarkən deyib.

O bildirib ki, Suriyadakı son vəziyyət üçüncü qüvvələrin regionda sabitliyi pozmaq üçün istifadə etməsinə əlverişli mühit yaradır.

Qeyd edək ki, ölkənin Latakiya və Tartus bölgələrində mövcud hakimiyyətə qarşı silahlı qiyam baş verib. Bəşşar Əsədin keçmiş rejiminin briqada generalı Qiat Süleyeman Dalla qiyama başçılıq edib. O, hakimiyyəti danışıqlara çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026