• Bakı 24° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

İrana daha bir çox güclü zərbə endirəcəyik - Tramp

DÜNYA

20 Iyul 2026 | 09:57 | Müəllif: Əli Hüseynov

İrana daha bir çox güclü zərbə endirəcəyik - Tramp

ABŞ Silahlı Qüvvələrinin zərbələrinə baxmayaraq, İran hələ də hərbi potensialının bir hissəsini qoruyub saxlayır.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Onların bəzi raketləri, dronları var. Onların müəyyən istehsal gücü var, çox deyil", - deyə o əlavə edib.

Eyni zamanda, o, ABŞ-ın Hörmüz boğazına nəzarət etdiyini iddia edib:

"Biz boğaza nəzarət edirik, onlar isə heç nəyə nəzarət etmirlər. Görək nə olacaq. Amma bu gecə onlara daha bir çox güclü zərbə endirəcəyik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR