• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İranda qaçaqmalçılarla silahlı toqquşma - Ölənlər var

DÜNYA

14 Noyabr 2021 | 23:40

İranda qaçaqmalçılarla silahlı toqquşma - Ölənlər var

İranın Hörmüzqan vilayətində polislə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan dəstə arasında silahlı toqquşma baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayətin polis idarəsinin rəisi general Qulamrza Cəfəri bildirib.

O qeyd edib ki, operativ məlumat əsasında xüsusi əməliyyat hazırlanıb və qaçaqmalçılar təqib olunub. Qaçaqmalçılar yükü 1,4 ton tiryəkdən ibarət olan avtomobillə qaçmağa cəhd ediblər. Polis silah tətbiq etmək məcburiyyətində qalıb və iki qaçaqmalçı həlak olub.

Avtomobilə baxış zamanı tiryəkdən başqa, üç ədəd tüfəng, bir ədəd “Kalaşnikov” avtomatı və 200 ədəd patron aşkar edilərək müsadirə olunub. İstintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026