• Bakı 20° C

    12.37 m/s

  • USD - 1.7

    EUR - 1.8224

    RUB - 0.0183

İraq ərazisinə üç İsrail raketi öldü

DÜNYA

19 Aprel 2024 | 19:20

İraq ərazisinə üç İsrail raketi öldü

Üç İsrail raketi İraqa düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən Əl Hurra telekanalı məlumat yayıb.

"İsrailin iki raketi İranla həmsərhəd Vasit əyalətinə, digəri isə Bağdadın cənubundakı Əl-Lətifiyyə bölgəsinə düşüb", - mənbə bildirib.

Qeyd olunur ki, raketlərin düşməsinin səbəbi, ehtimal ki, texniki nasazlıq olub.
Amerika mediasının məlumatına görə, cümə günü gecə İsrail İrandakı hədəflərə “məhdud” cavab zərbəsi endirib. Partlayışların İsfahan şəhəri yaxınlığında baş verdiyi bildirilir. Zərbə İranın İsrailə geniş raket hücumu həyata keçirməsindən təxminən bir həftə sonra edilib. 


SON XƏBƏRLƏR

02 May 2024