"Qəzzada müharibəyə son qoymaq və fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu təmin etmək üçün əlindən gələni edəcəyəm".
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti və Demokrat Partiyasının noyabrın 5-də keçiriləcək seçkilərdə prezidentliyə namizədi Kəmalə Harris deyib.
Müsəlmanların və ərəblərin cəmləşdiyi Miçiqan ştatında keçirilən tədbirdə çıxış edən Harris bildirib ki, bu il Qəzza və Livan üçün çox çətin keçib:
"Qəzzada iztirablara son qoyulması həm İsrailin təhlükəsizliyini, həm də fələstinlilərin azadlıq, təhlükəsizlik və öz müqəddəratını təyinetmə hüquqlarını təmin edəcək".
Gülşən Şərif