q
  • Bakı 15° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

Qızına vəzifə verildi, qardaşı işdən çıxarıldı

SİYASƏT

08 May 2026 | 14:44

Qızına vəzifə verildi, qardaşı işdən çıxarıldı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "19 №-li Yol İstismarı" MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub.

Bakıvaxtı.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

Məlumata görə, "19 №-li Yol İstismarı" MMC-yə rəhbərlik İntiqam Həsənova həvalə olunub.

Ş.Vəliyev təqaüd yaşına çatdığına görə vəzifəsindən azad edildiyini bildirib.

Xatırladaq ki, Şahlar Rüstəm oğlu Vəliyev 1958-ci ildə Yevlax şəhərində anadan olub. O, 2018-ci ilin mart ayından "19 №-li Yol İstismarı" MMC-yə rəhbərlik edirdi, daha əvvəl 2011-18-ci illərdə isə Yevlax Telekommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Ş.Vəliyev Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin qardaşıdır.

Xatırladaq ki, bu gün Xanlar Vəliyevin qızına isə yeni vəzifə verilib: Gülşən Vəliyeva "Mərkəzi Nəbatat Bağı"nın İdarə Heyətinin sədrinin müavini təyin edilib.


SON XƏBƏRLƏR