• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Kirayə verilən evlərin vergiyə cəlb olunması istiqamətində işlər görüləcək

CƏMİYYƏT

26 Iyul 2021 | 21:13

Kirayə verilən evlərin vergiyə cəlb olunması istiqamətində işlər görüləcək

“Bu gün kirayəyə verilən evlərin bir çoxu müqaviləsiz və qeydiyyatdan keçməmiş verilir. Bu da son nəticədə müəyyən problemlərə, risklərə, həmçinin vergidən yayınmalara gətirib çıxarır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında əmlak eksperti Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, bu problem tək bizdə deyil, bütün MDB ölkələrində var: “Əgər zonalar üzrə müqayisə etsək, Bakı şəhərinin mərkəzindəki evlərin əksəriyyəti müqavilə ilə kirayəyə verilir və onların vergisi də əsasən ödənilir. Amma kənarlarda, xüsusən də kütləvi yaşayış yerlərində kirayə verilən evlərin əksəriyyəti müqaviləsizdir. Bahalı bağ evləri və villalar da əsasən müqavilə ilə kirayəyə verilir. Düşünürəm ki, zamanla bu məsələ də həllini tapacaq. Hazırda vergi orqanları iri ticarət mərkəzlərində, iri müəssisələrdə vergi toplanması ilə məşğuldurlar. Həmin yerlərdə nizam-intizam yarandıqdan sonra yəqin ki, kirayə verilən evlərin də vergiyə cəlb olunması istiqamətində addımlar atılacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR