• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kişiyə olar, qadına olmaz... – Tanınmış psixoloq xəyanətlərdən DANIŞDI

CƏMİYYƏT

11 May 2023 | 12:59 | Müəllif: Qalib İbrahimoğlu

Kişiyə olar, qadına olmaz... – Tanınmış psixoloq xəyanətlərdən DANIŞDI

Dövrün aktual problemlərindən biri də xəyanətdir. Xəyanət istər sevgidə, istər dostluqda, işdə və s. rastlaşdığımız haldır.

Psixoloq Samirə Bağırova Bakıvaxtı.az-a müsahibəsində insanların nəyə görə xəyanət etdiklərindən danışıb.

- İnsanlar niyə xəyanət edir?

- İstər kişilərdə, istərsə qadınlarda xəyanət çox fərqli səbəblərdən baş verir. Bu məsələdə cinsiyyətə bölünmür insan. Çünki duyğu həm kişidə, həm qadında eynidir. İstəyinə yox deyə bilməmək.

- Bəs evli və ya sevgi münasibətində olan insanın istəyi niyə tamamlanmır qarşı tərəfdən?

- Çünki insanlar temperament tipinə görə bölünürlər. Kimisinin ancaq söz, sığala ehtiyacı var. Kimisi cinsi münasibət sevmir, kimisinin cinsi tələbatı ön yerdədir. Və bir də var özgüvənli xanımın yanında özünü əzilmiş kimi, heç bir işə yarımayan kimi hiss edən kişilər. Daha özgüvənsiz xanımla xəyanət edib özgüvəni bərpa edir bu şəkildə.

- Sevgidə xəyanəti necə qiymətləndirirsiz?

- Ümumiyyətlə, sevgi duyğusuna gəlincə, həqiqi sevgidə xəyanət olmur. Sadəcə, sevgisinin həqiqi, ya aldadıcı duyğu olduğunu anlaya bilmirlər.

Eqoist sevgi və həzz sevgisinə aldanıb evliliyinə addım atanlar, illərlə görüşənlər var ki,sonu ayrılıq, xəyallarının puç olması ilə nəticələnir. Həqiqi sevgidə insanın məntiqi ön planda olur, müşahidə edir, təhlil edir, uyğunlaşma prosesini nəzərdən keçirir ki, hissinə qapılıb yoxsa həqiqətən altdan ala bilir bəzi çətinlikləri.

- Xəyanət əsasən hansı səbəblərdən baş verir?

- Xəyanət iki insanın yanlış, yəni aldadıcı hisslər üzərində, yaxud məcburi qurduğu münasibətdə baş verir. Hər xəyanətin öz səbəbi var. Kişiyə xəyanət olar, qadına olmaz bir az abardılmış, avam yanaşmadır. Qeyd etdiyim kimi qadın, kişi məsələsi deyil, tip olaraq ikisi də insandır, eyni hisslərə, şüura sahibdirlər. Dini yanaşmadan olar, olmaz, günah baxışı yenə də kimsə nəfsini kontrolda saxlaya bilir, kimsə yox.

- Psixoloji aspektdən xəyanəti necə dəyərləndirirsiz?

- İnsan var cinsi istəyi çoxdur, amma ailə qurduğu tərəfdə əksinədir, passiv, yəni temperament tipləri fərqlidir. Və məsələ yalnız fiziki xəyanətdən getmir. Əgər bir insan münasibətdə olduğu halda digər biri ilə flört edirsə, yazışırsa, izləyirsə sosial şəbəkədən artıq onun şüurunda xəyanət prosesi gedir. Marağı üstün gəlib deməkdir.

İki insan arasındakı sevgi münasibəti özlərini həm fiziki, həm mənəvi bir-birinə həsr etmələri deməkdir.Əgər bir müddət sonra bu hiss insanı tərk edirsə, yenə də ya özünü, ya da qarşı tərəfi aldadaraq həyatına davam edir.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026