• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Kiyevdə sərt karantin tətbiq edilir

DÜNYA

18 Mart 2021 | 15:49

Kiyevdə sərt karantin tətbiq edilir

Ukraynada koronavirus xəstəliyi ilə əlaqədar vəziyyətin pisləşməsi səbəbindən paytaxt Kiyevdə sərt karantin tətbiq ediləcək.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki,  şəhər meri Vitali Kliçko açıqlamasında bildirib ki, şəhərdə martın 20-dən sərt karantin rejiminə keçilir.

12 aprelə qədər məhdudiyyətlərin sərtləşdirməsinə qərar verilib.

Mövcud vəziyyətlə əlaqədar olaraq Kiyevdə 5-11 sinif şagirdləri üçün yaz tətili iki gün əvvəl - 18 martdan başlayacaq.

Qeyd edək ki, Ukraynada son sutkada 15 000-dən çox insanda koronavirus aşkarlanıb, 267 nəfər ölüb. Ölkədə ümumilikdə 1 504 076 nəfərdə koronavirus qeydə alınıb, 29 253 nəfər virusdan həyatını itirib.

Kiyevdə gündəlik yoluxma 1 092 nəfər olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026