• Bakı 18° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Klublararası dünya çempionatında ilk finalçı bəlli oldu

İDMAN

19 Dekabr 2023 | 00:51 | Müəllif: Subhan Mahmudov

Klublararası dünya çempionatında ilk finalçı bəlli oldu

Braziliyanın “Fluminense” və Misirin “Əl Əhli” komandaları 2023-cü il klublararası dünya çempionatının yarımfinal matçından qarşılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Ciddədəki Kral Abdullah stadionundakı matçda “Fluminense” inamlı qələbə qazanmağı bacarıb - 2:0.

Braziliyalılar 71-ci dəqiqədə Con Aryasın qolu sayəsində hesabda önə keçib. “Fluminense”nin yarımmüdafiəçisi penaltini qola çevirib. Görüşün sonunda isə nominal ev sahiblərinin hücumçusu Con Kennedi yekun hesabı müəyyən edib - 2:0.

Beləliklə də, Latın Amerikası komandası klublararası dünya çempionatının finalına yüksəlib.

Braziliyalılar həlledici görüşdə “Mançester Siti” və “Urava Red Daymonds” qarşıdurmasının qalibi ilə görüşəcəklər. Final oyunu dekabrın 19-da baş tutacaq.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR