• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Kömək üçün Melaniya Trampa müraciət etdilər

DÜNYA

02 Sentyabr 2025 | 01:21 | Müəllif: Subhan Mahmudov

Kömək üçün Melaniya Trampa müraciət etdilər

ABŞ immiqrasiya xidmətinin nəzarətində olan venesuelalı uşaqların anaları ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampdan kömək istəyib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Latın Amerikası ölkəsinin prezidenti Nikolas Maduro bildirib.

“ABŞ-də qaçırılan bir, iki, üç və dörd yaşlı bu balaca oğlan və qızların anaları və nənələri Melaniya Trampa məktub göndərib və uşaq hüquqlarının müdafiəçisi olduğunu bildiyimiz birinci xanımla dialoq qurmağa çalışırlar”, - Maduro deyib.

O, həmçinin ABŞ-nin birinci xanımına bu məktublara cavab verməyə çağırıb.

Qeyd edək ki, Venesuela dəfələrlə Amerika administrasiyasına uşaqların geri qaytarılmasının vacibliyini çatdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026