• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Konfrans Liqasında dörd polis yaralandı

DÜNYA

14 Oktyabr 2022 | 12:40

Konfrans Liqasında dörd polis yaralandı

Konfrans Liqasının qrup mərhələsinin IV turunda keçirilən “Vest Hem” – “Anderlext” görüşü insidentlə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmadan sonra kütləvi iğtişaşlar yaşanıb.

Matç bitən kimi belçikalı azarkeşlər rəqib fanatlar olan sektorlara pirotexniki əşyalar və oturacaqlar atmağa başlayıb. Hadisələrdə zərərçəkən isə polislər olub.

İnsidentə müdaxilə edən asayiş keşikçilərindən dördü yaralanıb. Onlardan birinin biləyi qırılıb, birinin başına tikiş vurulub. Digər iki zabit də başından xəsarət alıb.

Qeyd edək ki, 4 turdan sonra “Vest Hem” 12 xalla birinci, “Anderlext” 4 xalla üçüncüdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026