• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Koronavirusun yeni ştamı sürətlə yayılır – ƏLAMƏTLƏRİ BUNLARDIR

CƏMİYYƏT

29 Avqust 2023 | 11:55 | Müəllif: Subhan Mahmudov

Koronavirusun yeni ştamı sürətlə yayılır – ƏLAMƏTLƏRİ BUNLARDIR

Ümumdnya Səhiyyə Təşkilatının son hesabatına əsasən, dünyada koronavirusun "Eris" (EG.5) variantı sürətlə yayılmağa başlayıb. Son 28 gün ərzində dünya üzrə 1,5 milyon insan bu virusa yoluxub.

Bakıvaxtı.az bildirir ki, omikron ştamının yeni alt növü olan "EG.5" əvəllər yayılan digər növlərdən sürətlə yoluxdurma qabiliyyəti ilə fərqlənir.

Koronavirusun "Eris" variantına Azərbaycanda hələlik rast gəlinməsə də virusun geniş yayılması insanlarda narahatlıq doğurur. Virusun əlamətlərinin nələr olması və qorunmaq yolları hamını maraqlandırır.

Səhiyyə Nazirliyinin mütəxəssis - eksperti Vasif Əliyev real.tv-yə yeni virusun əlamətləri ilə bağlı danışıb: "Yüngül respirator əlamətlərdir. Qrip əlamətləridir. Əzələ ağrıları, tempratur, burun tutulması kimi əlamətlər bu virusa xarakterikdir.

Xətəlik olarsa istirahət rejimi, maye istifadəsi, tempratur olarsa müəyyən dərmanlardan istifadə edilməlidir"./baku.ws


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026