• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Krım tatarlarının haqlı mübarizəsini dəstəkləyirik"

DÜNYA

24 Oktyabr 2023 | 13:48

"Krım tatarlarının haqlı mübarizəsini dəstəkləyirik"

“Türkiyə Krım tatarlarının haqlı mübarizəsini hər zaman dəstəkləyir”.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Beynəlxalq Krım Platformasının 2-ci Parlament Zirvəsində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Krım tatarlarının haqlarının qorunması və yarımadada onların statuslarının gücləndirilməsi Türkiyə üçün son dərəcə önəmlidir.

“Bu müharibənin (Rusiya-Ukrayna müharibəsi - red.) dayandırılması Türkiyə üçün ən təməl prinsipdir. Türkiyə həm Ukraynanın haqlı mübarizəsini dəstəklədi, həm də müharibənin coğrafiyasının daha da genişlənməməsi üçün üzərinə düşəni edib”, - o vurğulayıb.

Numan Kurtulmuş onu da əlavə edib ki, Türkiyə Krımın, Ukraynanın digər ərazilərinin də Rusiya tərəfindən işğalını tanımır, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR