Gündəlik tələbat mallarının topdan satışı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən "Ləzzət Qida Sənaye" MMC məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, "Ləzzət Qida Sənaye" barədə İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi əsasında protokol tərtib olunaraq iş Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.
Məcəllənin 493-cü maddəsi gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması ilə bağlıdır. Belə ki, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə, fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
İnzibati xətalar haqqında iş hakim Gülsüm Əliyevanın sədrliyilə araşdırılacaq.
Ramid İbrahimov
















