• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Fransa hərbi texnikasını Bakıda görmək istəyirsə..." - DEPUTATDAN XƏBƏRDARLIQ 

CƏMİYYƏT

05 Oktyabr 2023 | 13:21

"Fransa hərbi texnikasını Bakıda görmək istəyirsə..." - DEPUTATDAN XƏBƏRDARLIQ

"Azərbaycan bu gün İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin sammiti çərçivəsində beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) keçirilməsi gözlənilən görüşdə iştirakdan imtina edib. Bunun əsas Azərbaycan üçün çox önəmli, həmçinin regionun və dünyanın ən aparıcı oyunçularından biri olan Türkiyənin həmin görüşdə iştirakına Fransa və Almaniyanın etiraz etməsi səbəb olub".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tural Gəncəliyev bildirib.

O qeyd edib ki, Avropa İttifaqının üzvlərindən anti-Türkiyə mövqeyini anlaya bilmirik və təəcüblə qarşılayırıq. Türkiyə bölgənin ən aparıcı ölkəsi olaraq Ermənistan-Azərbaycan arasındakı post-münaqişə dövrünə konsturiktiv və praqmatik şəkildə töhfə verə biləcək ölkədir. Türkiyənin bu prosesdə iştirakını istəməyən Fransa və tərəfdaşlarının mövcud yanaşması Azərbaycanın Qranadada keçirilən görüşdə iştirakını sual altına qoymuşdur. Fransa son zamanlar Cənubi Qafqazla bağlı destruktiv siyasət həyata keçirir. Rəsmi Parisin mövqeyi regionda sülhün bərqərar olmasına təhdiddir. Fransa aqressiv siyasətilə regionda nəinki post-münaqişə dövründə münasibətlərə töhfə verir, hətta Ermənistanda revanşizmin yenidən canlanmasına çalışır. Fransa revanşist qüvvələrə ümidlər verərək Ermənistanı hərbi cəhətdən gücləndirmək, silahlandırmaqla ağlasığmaz aqressiv hərəkətlər istiqamətində addımlar atır.

 

Deputat Fransanın Ermənistanı silahlandıracağı ilə bağlı bəyanatını xatırladı: "Əgər Fransa hərbi texnikasını Bakıda yerləşən Hərbi Qənimətlər Parkında görmək istəyirsə, Ermənistanı silahlandırmağa davam edə bilər. Azərbaycanla güc dililə danışmaqlarına imkan verməyəcəyik. Fransanın xarici işlər nazirinin sonuncu dəfə Ermənistana səfəri və təxribat xarakterli açıqlamaları, Türkiyənin Ağrı dağının şəklini paylaşması onu deməyə əsas verir ki, rəsmi Paris regionda münaqişələrin olmasında maraqlıdır.

Odur ki Qranada görüşünün Azərbaycan üçün əhəmiyyəti yox idi. Regionda bütün məsələlər Azərbaycan və Türkiyənin iştirakı olmadan həll edilə bilməz. Biz Avropadakı həmkarlarımıza yerlərini göstərməliyik. Regional məsələləri regional oyunçularla həll edirik. Biz 30 il beynəlxalq təşkilatlardan ədalət gözləyirdik. Ədaləti də özümüz bərpa etdik, cinayətkarları və terrorçuları da məsuliyyətə cəlb etdik. Ərazi bütövlüyümüzü və suverenliyimizi özümüz bərpa etdik".

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR