• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Lisey və gimnaziyalara qəbul imtahanı keçirilib

CƏMİYYƏT

21 Iyun 2024 | 14:37

Lisey və gimnaziyalara qəbul imtahanı keçirilib

21 iyun tarixində Bakıda və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyaların 7 və 8-ci sinifləri üzrə mərkəzləşdirilmiş qaydada qəbul imtahanı həyata keçirilib.

Təhsil İnstitutundan Bakıvaxtı.az-a verilən xəbərə görə, qəbul imtahanı 10880 şagirdin iştirakı ilə Bakı şəhəri ilə bərabər, Ağdaş, Beyləqan, Biləsuvar, Lənkəran, Masallı, Mingəçevir, Oğuz, Qobustan, Quba, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Sumqayıt, Gəncə və Naxçıvan şəhərində təşkil olunub.

    Qeyd edək ki, imtahan nəticələri 10 gün ərzində elan olunacaq.

    Şagirdlər imtahan nəticələrini şagirdlərin elektron yerdəyişmə portalından (sy.edu.az) əldə edə biləcəklər.


    SON XƏBƏRLƏR