• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir

CƏMİYYƏT

19 Avqust 2024 | 15:08

Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir

19 avqust saat 15:00-dan etibarən 2024-2025 tədris ili üzrə 34 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada qəbul keçirən lisey və gimnaziyalara II mərhələ üzrə lisey seçimlərinə start verilir.

Bu barədə Bakıvaxtı.az-a Təhsil İnstitundan məlumat verilib.

Qeyd edilib ki, bu mərhələ 1-ci seçimdən sonra boş qalan yerlər üçün nəzərdə tutulur.

Şagirdlərin elektron yerdəyişmə portalında (https://sy.edu.az) “İmtahanlar” bölməsinə daxil olaraq seçim etmək mümkündür. Bu mərhələdə 2 seçim şansı verilir və aşağıdakı şagirdlər iştirak edə bilər:

  • 10 baldan yuxarı nəticə göstərən;
  • I mərhələdə seçim edib, qəbul olmayan;
  • I mərhələdə seçim edib qəbul olan təsdiqləməyən/imtina edən/təsdiqləyib sənədlərini qəbul olduğu müəssisəyə təqdim etməyən;
  • I mərhələdə seçim etməyən şagirdlər.

Bildirək ki, II mərhələ lisey və gimnaziya seçimi 21 avqust saat 17:00-da başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026