• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Macarıstanla Ukrayna arasında qalmaqal artmaqdadır

SİYASƏT

28 Sentyabr 2021 | 13:40

Macarıstanla Ukrayna arasında qalmaqal artmaqdadır

Ukraynanın ölkədəki səfiri Macarıstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər veriri ki, buna səbəb Qazprom və Macarıstanın enerji şirkəti MVM-nin bazar ertəsi günü imzaladığı Rusiya qazının tədarükü müqaviləsinə Kiyevin reaksiyası olub.

Kiyevdə müqavilənin bağlanması "müstəsna olaraq siyasi", "iqtisadi cəhətdən əsassız" və "Kremlin xeyirinə, Ukraynanın milli maraqları və Ukrayna-Macarıstan münasibətləri zərərinə qəbul edilməsi" kimi qiymətləndirildi. Daha sonra "Ukraynanın qaz ötürmə sisteminin operatoru" nun baş direktoru Serhiy Makoqon qazın Macarıstana Ukrayna üzərindən tranzitinin bağlanacağını istisna etməyib.

Macarıstanın xarici işlər naziri Peter Siyarto "Facebook" səhifəsində yaydığı açıqlamada bildirib ki, Ukrayna hökumətinin Avropa Komissiyası vasitəsi ilə bu müqaviləyə qarşı hərəkətləri son dərəcə çirkindir: "Bizim kimlə danışıqlar apardığımızın Ukraynaya heç aidiyyəti yoxdur. Budapeşt Kiyevin bu cür addımlarını "Macarıstanın suverenliyi və milli təhlükəsizlik maraqlarının pozulması" kimi qəbul edir. Ukrayna səfirini Xarici İşlər Nazirliyinə çağırmışıq".

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026