• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mbappe “Real Madrid”dən istədiyini açıqladı

 

CƏMİYYƏT

07 Fevral 2024 | 15:24

Mbappe “Real Madrid”dən istədiyini açıqladı

PSG-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe bir sıra şərtlərə uyğun olaraq onunla maraqlanan klublarla danışıqlara hazırdır.

Bakıvaxtı.az "Championat"a istinadla xəbər verir ki, fransalı forvard illik 50 milyon avro maaş və 120 milyon avro imza bonusu almaq istəyir. Mbappenin hazırkı mərhələdə hələ heç kimlə razılığa gəlmədiyi qeyd olunub.

Xatırladaq ki, əvvəllər Kilianın “Real Madrid”ə keçməyə yaxın olduğu barədə məlumat yayılıb. Bildirilib ki, fransalı idmançı Madriddə harada yaşayacağına da artıq qərar verib.

Qeyd edək ki, bu mövsüm 24 yaşlı hücumçu PSG-nin heyətində bütün turnirlərdə 28 oyun keçirib, 29 qol vurub və yeddi məhsuldar ötürmə edib. Nüfuzlu “Transfermarkt” onlayn portalı Mbappenin bazar dəyərini 180 milyon avro olaraq qiymətləndirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026