• Bakı C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

MEDİA-dan təyyarə qəzası ilə bağlı ÇAĞIRIŞ

MEDİA

25 Dekabr 2024 | 13:56

MEDİA-dan təyyarə qəzası ilə bağlı ÇAĞIRIŞ

"Bəzi onlayn media subyektlərində Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinə dair müxtəlif mülahizələrə əsaslanan məlumatlar yayılmaqdadır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təyyarə qəzası ilə bağlı yaydığı açıqlamada deyilib.

    Media subyektlərini məlumat yayarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırırıq.

    Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməməklə yanaşı, media subyektinin hüquqi məsuliyyətini şərtləndirir.

    Jurnalistləri, ictimai fəalları belə məsələlərə qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa, cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağırırıq.


    SON XƏBƏRLƏR

    25 Dekabr 2024