• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Məhkəmə prosesində ŞOK: Müttəhim hakimə hücum edib, vəhşicəsinə döydü - VİDEO

DÜNYA

04 Yanvar 2024 | 13:41 | Müəllif: Subhan Mahmudov

Məhkəmə prosesində ŞOK: Müttəhim hakimə hücum edib, vəhşicəsinə döydü - VİDEO

ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində şərti azadlığa buraxılması tələbi rədd edilən müttəhim Deobra Redden hakimə hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, müttəhim Reddenin bir nəfəri döydüyünə görə mühakimə olunduğu işin məhkəməsi Las-Veqasda keçirilib.

Hakim Meri Kay Holthus 3 cinayəti olan Reddenin şərti azadlığa buraxılma tələbini rədd edib.

Təqsirləndirilən Redden kürsüyə qalxaraq hakim Kay Holthusa hücum edib.

Hakim Holthus kürsünün altında gizlənərkən təhlükəsizlik qüvvələri işə qarışaraq Reddeni hakimin yanından uzaqlaşdırıblar.

Səlahiyyətlilər hakimin və mühafizəçinin yaralandığını bildiriblər.

Kameralara düşən hadisə sosial mediada trend mövzusuna çevrilib./qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR