• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Türkiyəyə axtarış-xilasetmə itləri göndərilir

DÜNYA

08 Fevral 2023 | 11:17

Türkiyəyə axtarış-xilasetmə itləri göndərilir

Meksika dağıntı altında qalanlara kömək etmək üçün bəzi məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 16 təlim keçmiş itin olduğu təyyarə paytaxt Mexikodan yola düşüb.

Zəlzələlərin tez-tez baş verdiyi Meksikada ekspert mülki və hərbi axtarış-xilasetmə qrupları var.

2017-ci ildə ölkədə baş verən zəlzələ zamanı itlər insanların həyatını xilas etməkdə oynadıqları rola görə çox yüksək qiymətləndirilib.

Frida adlı Labrodor Retriever it Mexikoda qoruyucu eynək və ayaqqabı ilə çəkilən şəklindən sonra beynəlxalq aləmdə məşhurlaşıb.

Donanma rəsmilərinin bildirdiyinə görə, Frida Meksika, Haiti, Qvatemala və Ekvadorda 12 nəfəri xilas edib.

Los Topos de Tlatelolco adlı mülki xilasetmə qrupu (Tlatelolco'dan olan mollar) da hərbi xilasedicilərlə birlikdə yola düşüb.

Qrupun təcrübəli könüllüləri Meksikanın xarici işlər naziri Marselo Harbarda mesaj göndərərək kömək edə biləcəklərini bildiriblər.

Ebrard daha sonra Türkiyənin Mexikodakı səfirliyinin köməyi ilə komandanın Türkiyəyə göndərilməsinin təşkil edildiyini bildirib.

Meksika Türkiyə və Suriyada axtarış və xilasetmə işlərinə öyrədilmiş itlər göndərən yeganə ölkə deyil. Xorvatiya, Çexiya, Almaniya, Yunanıstan, Liviya, Polşa, İsveçrə, İngiltərə və ABŞ da təlim keçmiş itlər göndərib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR