• Bakı 17° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: QİYMƏTLƏR BELƏ DƏYİŞƏCƏK

CƏMİYYƏT

23 Aprel 2024 | 16:15

Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: QİYMƏTLƏR BELƏ DƏYİŞƏCƏK

Ölkəmizdə mənzil bazarında 2023-cü ildə olduğu kimi 2024-cü ilin ilk rübündə də qiymət artımları müşahidə olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Belə ki, bu ilin ilk rübündə mənzil bazarında qiymətlər 2023-cü ilin son rübü ilə müqayisədə 2,2 faiz artıb. İlkin bazarda qiymətlər 3,1 faiz, təkrar bazarda isə 2,2 faiz artıb. İllik müqayisədə isə qiymətlər 8,1 faiz yüksəlib.

Bəs mənzil bazarında qiymət artımına hansı amillər təsir göstərir? Gələcəkdə qiymətlərdə azalma nə dərəcə gözləniləndir?

İqtisadçı Elman Sadiqov bu barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki, əmlak bazarı məsələləri olduqca mürəkkəbdir və mənzil qiymətlərinin artımına əsasən iki istiqamətdə baxmaq lazımdır:

“Əvvəla mənzillərin qiymətlərinin nə dərəcədə qalxdığına baxmalıyıq. Qlobal əmlak bazarında bu, tələb-təklif əsasında formalaşır. İnfilyasiya, pulun dəyərdən düşməsi əmlak qiymətlərinə təsir edir. Bir tərəfdən əmlakın qiyməti qalxır, digər tərəfdən də pulun dəyəri düşür. Bu da əmlak qiymətlərində artıma gətirib çıxarır”.

Müsahibimiz qeyd edib ki, digər tərəfdən pandemiya dövründə müəyyən bir pul bolluğu yarandı və həm də müəyyən dövr ərazində tikinti dayandı. Onun sözlərinə görə, tikintinin dayanmasına baxmayaraq, əhalinin artımı da davam etdi:

Bu temp davam etsə də, müəyyən müddət əmlak bazarında pandemiyaya görə yaranmış durğunluq əmlak bazarında pauza yaratdı. Bu pauza görə də bu gün əmlak qiymətlərində artım müşahidə olunur”.

Ekspret dünyada ölkələrində əmlak bazarındakı vəziyyətə diqqət çəkib:

“Əmlak etibarlı investisiya alətlərindən biri sayılır. Əhali əmlaka həm də ivestisiya kimi baxır. Nəticədə qlobal dünyada geosiyasi məsələlər, maliyyə birjalarındakı təlatümlər dünyanın müəyyən ölkələrində əmlak qiymətlərinə müxtəlif cür təsir göstərir. Qlobal aləmdə əmlak qiymətlərinə baxaq, məsələn, hazırda Çində əmlak bazarında çox ciddi problemlər var. İnkişaf etməkdə olan ölkələrdə əmlak qiymətlərində bahalaşmanı müşahidə edilir. Xüsusilə yerli valyutaları dollara qarşı ucuzlaşan ölkələrdə. Doymuş iqtisadiyyatlar olan Avropa ölkələrində isə vəziyyət nisbətən fərqli olur. Həmin ölkələrdə əmlak qiymətlərində çox yüksəlmə görmürük. Bəzi ölkələrdə isə müəyyən miqrasiya, Rusiya-Ukrayna müharibəsi nəticəsində köç prosesləri, rusların və ukraynalıların digər ölkələrdə əmlaka yönəlmələri qiymətlərin artımına təsir göstərib. Yəni qlobal əmlak bazarında əmlak qiymətləri ilə bağlı vəziyyət o qədər mürəkkəb və rəngarəngdir ki, birmənalı şəkildə bunu şərh etmək doğru olmaz. Məsələyə müxtəlif aspektdən baxmaq lazımdır”.

Elman Sadıqov: “Azərbaycan 2030-cu ildən etibarən alternativ enerji üzrə önəmli ixracatçıya çevriləcək”

Elman Sadiqov: Əhalinin getdikcə daha ekonomik mənzillərə tələblərinin artmasını nəzərə almaq lazımdır

İqtisadçının sözlərinə görə, Azərbaycanda əmlak qiymətlərində müşahidə olunan artım artıq təbii bir tendensiya kimi qəbul olunub:

“Qlobal əmlak bazarında baş verən tendensiyaların bir çoxu ölkəmiz üçün də xarakterikdir. Bunlardan biri məhz bizim demoqrafik artımımız olub, xüsusilə 2005-2015-ci illərdə. Həmin dövrlərdə baş verən demoqrafik artım bu gün öz nəticəsini göstərməkdədir. Çünki həmin ildə doğulanlar artıq orta məktəbləri, universitetləri bitirir, evlənir konkret olaraq əmək bazarına daxil olurlar. Əmlaka olan tələbləri formalaşır. Və nəticədə bu gün Azərbaycanın əmlak bazarında tələbat davamlı olaraq qalır. Burada pulun infilyasiyası məsələsi də var. Azərbaycan manatının infilyasiyası pulun dəyərdən düşməsi də əmlak bazrına təsir göstərir”.

E.Sadiqov vurğulayıb ki, ən əsas məsələlərdən biri hökumət də evlərə sahib olmaq məsələsində ipoteka kreditləri və banklardakı digər bankdaxili kreditlərlə əhaliyə kömək etmək istəyir:

“Bu, nəticə etibarilə əmlaka olan tələbatı artırır. Nağd pulu olmayanlar da həmin ipoteka kreditlərini istifadə edərək əmlak alırlar. Bunların hamısı müəyyən tələb formalaşdırır və nəticədə ölkədə xüsusilə də Bakıda əmlak qiymətlərində artım olur”.

E.Sadiqov bildirib ki, tikinti materiallarında müşahidə olunan artım da əmlak qiymətlərinə öz təsirini göstərir:

“O cümlədən də hazırda Bakıda ev tikmək üçün yerin azalması, yeni binaların tikilməsi üçün tələblərin sərtləşdirilməsi buna təsir edir. Ümumilikdə götürdükdə Azərbaycanda kapital bazarları tam olaraq inkişaf etməyib. Ölkə əhalisi əlində olan vəsaiti hara, necə yatıracağını düşünür. Alternativ investisiya alətləri olmadığı üçün əmlak həm də ən yaxşı investiya alətlərindən biri sayılır. Yəni səbəblər çox müxtəlifdir. Amma 2024-2025-ci illərdə hansı əmlak qiymətləri artacaq hansı istiqamətdə artım olacaq buna da birmənalı yanaşmaq olmaz. Məsələn, indi torpağın qiymətləri ilə bağlı da fərqli bir stiuasiya var. Torpağın sənədləşməsi düzgün, təyinatına uyğun olmalıdır, torpaq ev tikmək üçün uyğun olmalıdır.

Artıq kənd təsərrüfatı torpaqlarında ev tikmək məsələlərinə demək olar son qoyulur. Digər tərəfdən isə ən önəmli məsələlərdən biri əmlakın qiymətlərində qiymət diapazonuna görə qiymətin formalaşmasıdır. Bildiyimiz kimi, vaxtilə 10-15 il bundan qabaq, daha bahalı, lüks evlərə tələbat var idi. Çox bahalı evlər, villalar bağ evləri tikilirdi. Hazırda əhali başa düşüb ki, bunların o qədər də önəmi yoxdur. Çox bahalı evlər dəyər itirirlər. Müəyyən qiymət aralığında olan evlərə isə bazarda həmişə tələbat var”.

Ekspertin qənaətincə, bundan sonrakı mərhələdə evlərin qiymətlərində artımlar fərqli istiqamətlərdə olacaq:

“Birində 3, digərində 5 faiz artım ola bilər, bir başqasında, ümumiyyətlə, dəyişməyə, hətta aşağı düşə bilər. Ona görə çox bahalı villalar, bağ evləri və s. onlarda qiymət enişləri nisbi mənada qaçılmaz ola bilər. Daha çox tələbat olunan evlərin qiymətlərində isə enmə ehtimalı aşağıdır. Müəyyən müddət ərzində bu sektorun dəstəklənməyə ehtiyacı var. Ölkəmizdə hələ də evə ehtiyacı olan insanlar var. Hər bir halda bazarın dinamikasını və əhalinin getdikcə daha ekonomik mənzillərə tələblərinin artmasını nəzərə almaq lazımdır”.

Günəş Mərd


SON XƏBƏRLƏR

03 May 2024