• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Mərkəzi Bankdan sürpriz faiz qərarı

DÜNYA

02 Fevral 2024 | 11:30

Mərkəzi Bankdan sürpriz faiz qərarı

Misir Mərkəzi Bankı 2022-ci ilin avqustundan sonra ilk dəfə faiz dərəcələrini artırıb. Sürpriz qərarın arxasında BVF razılaşması dayanır.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Misir Mərkəzi Bankı yanvar iclasında overnayt depozit faizini 200 baza bəndi artıraraq 21,25 faizə, son 32 ilin ən yüksək səviyyəsinə, borc vermə faizini isə 22,25 faizə yüksəldib.

Qərar 2023-cü ilin dekabr ayında illik başlıq və baza inflyasiyanın müvafiq olaraq 33,7 və 34,2 faizə düşməsinə baxmayaraq, son hadisələr gözləniləndən yüksək aylıq  inflyasiya təzyiqlərinin davam etdiyinə işarə etdiyi üçün qəbul edilib.

Komitə inflyasiya ilə bağlı riskləri qiymətləndirməyə davam edəcək və sərt siyasət mövqeyini saxlamaq üçün mövcud vasitələrdən istifadə edəcək.

Bildirilib ki, ortamüddətli dövrdə qiymət sabitliyini təmin etmək üçün gələcək siyasət dərəcələrinin yolu inflyasiya proqnozundan asılı olacaq. Faiz dərəcəsinin artırılması Misirin razılaşmanı asanlaşdırmaq üçün BVF-yə əməl etmək niyyətindən xəbər verir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR