• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Milanda son 260 ilin rekord istisi yaşanıb

DÜNYA

25 Avqust 2023 | 23:38

Milanda son 260 ilin rekord istisi yaşanıb

İtaliyada fəaliyyət göstərən Regional Ətraf Mühitin Mühafizəsi Agentliyi (ARPA) İtaliyanın şimal bölgələrində yerləşən Milan şəhərində 1763-cü ildən bəri temperatur rekordunun qırıldığını açıqlayıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada temperaturun 33 dərəcəyə yüksəldiyi və bu rekordun son rekordunun 11 avqust 2003-cü ildə 32,8 dərəcə selsi olduğu bildirilib.

İtaliyanın Lombardiya bölgəsindəki bəzi şəhərlərdə 22-23 avqust tarixləri arasında termometrlərin 40 dərəcə isti göstərdiyi bildirilib.

Açıqlamada, intensiv və anormal temperaturların İtaliya Alp dağlarına da təsir etdiyi, gələn həftədən etibarən temperaturun 10-15 dərəcə azalacağı, tufanla müşayiət olunan şiddətli yağışların müşahidə ediləcəyi qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR