• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“MilliÖn” kartomatları qəpik niyə qəbul etmir? - AÇIQLAMA

CƏMİYYƏT

14 Aprel 2022 | 15:46 | Müəllif: Qalib İbrahimoğlu

“MilliÖn” kartomatları qəpik niyə qəbul etmir? - AÇIQLAMA

Sentyabrda tətbiq edilən yenilik sayəsində hazırda bütün "MilliÖn” terminalları "BakıKart” ödənişlərini qəbul edir. Dayanacaqların əksəriyyətində terminallar olmasa da, insanlar yaxınlıqdakı marketlərdə olan “MilliÖn” terminallarından “BakıKart”a ödəniş edə bilərlər.

Bu, bir tərəfdən vətəndaşların işini asanlaşdırsa da, digər tərəfdən çətinləşdirir. Belə ki, “MilliÖn” terminalları qəpik qəbul etmir. Bu da insanların, xüsusən də məktəblilərin işini çətinləşdirir.

“MilliÖn” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, avtobus dayanacaqlarında yerləşən “MilliÖN” kartomatlarının qəpikqəbuledicilərinə müdaxilələr edilir və qəzalı vəziyyətə salınır: “Bu səbəbdən bəzi kartomatların texniki bərpası üçün dayanacaqlardan götürülür. Lakin sərnişinlərin “BakıKart”ın balansını avtobus dayanacaq məntəqəsindən kənarda da artıra bilməsi istiqamətində müvafiq işlər görülüb. Belə ki, “BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayı da artırılaraq 1500-ə çatdırılıb”.

Ü.Əfəndiyeva qeyd edib ki, bununla sərnişinlər artıq yalnız avtobus dayanacaq məntəqələrində deyil, Bakı şəhərinin müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində və marketlərdə yerləşdirilən “MilliÖn” terminalları vasitəsilə də “BakıKartın” balansını artıra bilirlər: “BakıKart”ın İnternet portalı (online.bakikart.az) üzərindən, bəzi marketlərin kassalarında quraşdırılan pos-terminallar vasitəsailə də vətəndaşlar “BakıKart” balanslarını artıra bilirlər. Bu istiqamətdə görülən bütün işlər vətəndaşların rahatlığını təmin etmək və yalnız dayanacaqlarda deyil, digər adıçəkilən yerlərdən də balanslarını artırmaq üçündür”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026