• Bakı 18° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Mirzə Qədim İrəvaninin irsi Bişkekdə sərgidə təqdim olundu- FOTOLAR

MƏDƏNİYYƏT

22 Aprel 2025 | 11:07

Mirzə Qədim İrəvaninin irsi Bişkekdə sərgidə təqdim olundu- FOTOLAR

Qırğızıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində aprelin 21-də Qırğızıstan Milli İncəsənət Muzeyində “Sənət incilərində yaşayan Azərbaycan milli irsi” adlı sərgi açılıb.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Sərgi XIX əsr Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış görkəmli rəssam Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illik yubileyinə həsr olunub. Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 14 fevral 2025-ci il tarixində rəssamın 200 illiyinin olunması haqqında Sərəncam imzalanıb. 

Milli realist dəzgah rəngkarlığının təməlini  qoymuş M.Q.İrəvaninin yaradıcılığı monumental divar rəngkarlığı, şüşə və lak boyakarlığı və qrafika kimi sahələri əhatə edir. Onun müəllifi olduğu portretlər, ornamental kompozisiyalar yüksək bədii xüsusiyyətləri ilə seçilir. 

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova sərginin açılışında qonaqlara təqdim olunan eksponatlar haqqında ətraflı məlumat verib. Bildirib ki, sərginin ana xəttini M.Q.İrəvaninin Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanılan əsərlərinin və onun yaşadığı dövrün aparıcı sənət üslubunda yaranmış təsviri və dekorativ-tətbiqi sənət nümunələrinin təqdimatı təşkil edir. Tarixi köklərə və zəngin bədii ənənələrə malik Qacar üslubu XIX əsrdə əsas bədii istiqamətinə çevrilərək Azərbaycan incəsənətinin əksər sahələrini birləşdirirdi. Sərgidə təqdim olunan sənət nümunələri M.Q.İrəvaninin yaradıcılıq üslubu və ümumilikdə dövrün əsas sənət təmayülü, eləcə də yüksək bədii zövqə əsaslanan xalq sənətkarlığı haqqında  dolğun təsəvvür formalaşdırır.

Tamaşaçılar "Sənət incilərində yaşayan Azərbaycan milli irsi” sərgisinə böyük maraq göstəriblər.


SON XƏBƏRLƏR