• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Moldova Prezidenti soydaşımızı təltif etdi- FOTOLAR

CƏMİYYƏT

20 Dekabr 2024 | 11:52 | Müəllif: Qalib İbrahimoğlu

Moldova Prezidenti soydaşımızı təltif etdi- FOTOLAR

Moldova Respublikasının Prezidenti Maya Sandu ölkə qarşısında xüsusi xidmətlərinə və yüksək peşəkarlıq bacarıqlarına görə bir sıra şəxslərə fəxri adlar, medallar təqdim edib.

Bu barədə Bakıvaxtı.az -a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Məlumata görə, təltif olunanlar sırasında Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov da var. Soydaşımız Moldova-Azərbaycan dostluğu və əməkdaşlığının, habelə mədəniyyətlərarası dialoqun inkişafında fəal iştirakına görə Moldova Respublikasının “Vətəndaş xidmətlərinə görə” medalına layiq görülüb.

Moldova Prezidenti təltiflərin təqdimetmə mərasimində çıxış edərək fəxri ad və medal alanların işini yüksək qiymətləndirib, onların cəmiyyətin, ölkənin birliyində, inkişafında mühüm rol oynadıqlarını vurğulayıb.


Moldova Prezidenti soydaşımızı təltif etdi- FOTOLARMoldova Prezidenti soydaşımızı təltif etdi- FOTOLARMoldova Prezidenti soydaşımızı təltif etdi- FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR