• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Mövludi-Nəbi həftəsində şəhidlərimiz anıldı

CƏMİYYƏT

28 Sentyabr 2023 | 17:04 | Müəllif: Qalib İbrahimoğlu

Mövludi-Nəbi həftəsində şəhidlərimiz anıldı

Türkiyə Səfirliyinin Dini İşlər Üzrə Müşavirliyinin təşkilatçılığı ilə 27 Sentyabr Şəhidlərimizin Anım gününə həsr edilmiş Həzrət Peyğəmbərin mübarək mövludu münasibətilə Bakı şəhəri Şəhidlər məscidində "Peyğəmbərimiz, İman və İstiqamət" adlı tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir ilahiyyatçı Sadiq Novruzovun Qurani-Kərim tilavəti ilə açıq elan edilib.

Tədbirdə çıxış edən Türkiyə Səfirliyinin Dini İşlər Üzrə Müşaviri İhsan Açık qonaqları salamlayıb və günün əhəmiyyətindən bəhs edib. Həzrət Peyğəmbərimizə olan sevginin insan həyatına qatdığı dəyərdən danışıb.

Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Necmeddin Bilal Erdoğan şəhidlik zirvəsindən və Peyğəmbərimizə sevgidən danışıb. Natiq öz çıxışında Həzrət Peyğəmbərin hər birimiz üçün nümunə bir şəxsiyyət olduğunu qeyd edib. O öz çıxışında bu mübarək həftədə keçirilən tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri  Cahit Bağcı şəhidlərin anım günündə belə bir ruhaniyyəti yüksək olan bir tədbirin keçirilməsini yüksək qiymətləndirib.

Tədbir iştirakçılarını Mövludu-Nəbi münasibətilə təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib.

Atatürk Kültür, Dil və Tarix Yüksək Təşkilatının sədri Derya Örs öz çıxışında birlik və bərabərliyimizdən danışıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov vətənimizin azadlığı uğrunda canlarını fəda edən şəhidləri rəhmətlə anıb və Həzrət Peyğəmbərin yüksək şəxsiyyətindən bəhs edib.

Daha sonra Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət şurasının üzvü Fatih Okumuş Qurani-Kərimdən ayələr tilavət edib.

Tədbirin sonunda Nərimanov rayonu Cümə məscidinin imamı Araz Abdullayevin ifasında dini qəsidələr dinlənilib və şəhidlərimizin ruhuna dualar edilib.


Mövludi-Nəbi həftəsində şəhidlərimiz anıldıMövludi-Nəbi həftəsində şəhidlərimiz anıldıMövludi-Nəbi həftəsində şəhidlərimiz anıldıMövludi-Nəbi həftəsində şəhidlərimiz anıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026