• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

MSK sədri beynəlxalq təşkilatlara ÇAĞIRIŞ ETDİ

CƏMİYYƏT

08 Dekabr 2023 | 16:53

MSK sədri beynəlxalq təşkilatlara ÇAĞIRIŞ ETDİ

Beynəlxalq qurumların nümayəndələri müraciət edəndə həmişə qapılarımız onlara açıq olub.
Bakıvaxtı.az
xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkilərinə həsr olunmuş iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Məzahir Pənahov deyib ki, MSK müəyyən qərəzli münasibət görəndə də onu da açıq şəkildə müzakirə edib: “Yenə də beynəlxalq təşkilatlar hər hansı məsələni qaldırsa, bunu açıq şəkildə ictimaiyyətə çatdıracaq və müzakirələri də o cür, açıq aparacağıq.

Mətbuatı da həmin proseslərdə iştiraka dəvət edəcəyik. Burda yaradılan şəraitdən istifadə etməyərək kimdənsə soruşaraq bizə edilən şikayəti qəbul etməyəcəyik. Biz bütün mərhələlərdə şərait yaradırıq, ancaq bəziləri bu yaradılan şəraitdən istifadə etmir, gedir qıraqdan kiminsə dediyinə inanır. Ancaq bəzən qurumlar siyasi əhəmiyyət daşıyan məsələlərə diqqət edirlər”.


SON XƏBƏRLƏR

26 Iyul 2024