• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Müdafiə naziri Türkiyə nümayəndə heyəti ilə görüşüb

SİYASƏT

01 Aprel 2021 | 19:41

Müdafiə naziri Türkiyə nümayəndə heyəti ilə görüşüb

Aprelin 1-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sədr müavini Mustafa Murat Şekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Türkiyə Müdafiə Sənayesi Komitəsi, Hərbi Hava Qüvvələri, “ASELSAN” və “HAVELSAN” şirkətlərinin rəhbər heyətini salamlayan Müdafiə naziri ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Nazir bildirib ki, Azərbaycan Ordusunun silahlanmasında olan Türkiyə müdafiə sənayesi şirkətlərinin istehsal etdiyi silah və döyüş texnikası, həmçinin hərbi təyinatlı digər məhsullar ordumuzun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Həmin döyüş vasitələrinin Vətən müharibəsində effektiv tətbiqi nəticəsində düşmənə ciddi zərbə vurulub.

General-polkovnik Z.Həsənov bu cür görüşlərin hərbi-texniki əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini xüsusi vurğulayıb.

Vətən müharibəsində şəhid olanların yaxınları və əzizlərinə başsağlığı verən qonaqlar Azərbaycan əsgəri ilə qürur duyduqlarını və Azərbaycanın hərbi potensialının artırılması istiqamətində həyata keçiriləcək birgə fəaliyyətləri xüsusi qeyd edib.

Görüşdə Azərbaycan Ordusunun ən müasir elektron texnologiyalar ilə təchiz edilməsi, rabitə sistemləri imkanlarının genişləndirilməsi, eləcə də mövcud əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR