• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Müəllimlərin sertifikatlaşdırılmasının nəticələri bəlli oldu

CƏMİYYƏT

07 Sentyabr 2022 | 12:37

Müəllimlərin sertifikatlaşdırılmasının nəticələri bəlli oldu

Təhsilverənlərin sertifikatlaşdırılmasının ilkin nəticələri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib ki, müəllimlərin 98 %-i prosesdə iştirak edib.

O bildirib ki, 78 % müəllim ilk mərhələdə uğur qazanıb.

Nazir söyləyib ki, 2367 (22 %) müəllimin təkmilləşdirilməsinə ehtiyacı var: "5 599 müəllim müsahibə mərhələsindən keçsə 10 % əlavə almağa başlayacaq. 27 % müəllim isə 35 % əlavə alacaq. 52 nəfər 0-10 arası bal toplayıb. 21-29 arası bal toplayan 1530 nəfər təkmilləşdirmə kurslarına cəlb edilməlidir".

Qeyd edək ki, sertifikatlaşdırılmada 50 baldan yuxarı nəticə göstərənlərin əmək haqlarına 35, keçid balını toplayanların maaşına isə 10 % əlavələr olacaq.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026