• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Navalnının ölümü seçki öncəsi Rusiyaya necə təsir edəcək?

SİYASƏT

19 Fevral 2024 | 15:05

Navalnının ölümü seçki öncəsi Rusiyaya necə təsir edəcək?

 Putinin hakimiyyətə gəldiyi 2000-ci ildən bəri Rusiyada bir çox dissident ölüb.

Bakıvaxtı.az xatırladır ki, dünyaca məşhur jurnalist Anna Politkovskaya , keçmiş “KQB” agenti Aleksandr Litvinenko , iş adamı Aleksandr Perepiliçni, Putini sərt tənqid edənBoris Nemtsov, Liberal Rusiya Partiyasının sədri Sergey Yuşenkov , Rusiyalı milyarder Boris Berezovski , gənc hüquqşünas Sergey Maqnitski , vəkil Stanislas Markelov, gənc jurnalist Anastasiya Baburova, “Vaqner” özəl mühafizə şirkətinin rəhbəri Yevgeni Priqojin Putinin qurbanları siyahısındadır. Ötən həftə həbsdə olan 47 yaşlı müxalifət lideri Aleksey Navalnının ölümü bu siyahını bir az da böyütdü.

Bundan öncəki ölüm hadisələrində olduğu kimi Navlnının ölümündə də bütün oxlar Putinə tuşlanır. Xüsusilə də Qərb Putin və onun hökumətinin atdığı bu cür addımları ruslara və onlara qarşı çıxan hər kəsə “barmaq silkələməsi”kimi qiymətləndirir.

Bəs müxalifət liderinin müəmmalı şəkildə ölümü Rusiyanın onsuz da zədələnməkdə olan beynəlxalq imicinə necə təsir göstərəcək? Rusiyada prezident seçkilərinə bir ay qalmış baş verən bu hadisə Putinin reputasiyasını zəiflədəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Tofiq Abbasovun fikrincə, Navalnının ölümü Rusiya üçün daha bir problem yaratdı:

“Bu barədə müxtəlif şayiələr dolaşır. Ölümün səbəbi axtarılır. Lakin bu məsələnin üstü heç vaxt dəqiq açılmayacaq, müəmmalı olaraq qalacaq. Artıq Rusiyada baş verən bu qəbildən olan hadisələrlə bağlı rəsmi Moskvaya qarşı təzyiqlər artır. Seçki öncəsi bir çox qüvvələr, xüsusilə də, Rusiyadan kənarda yaşayan disident qrupları, ölkə ilə bağlı sistemli şəkildə kontor təbliğatı aparanlar bu proseslərdən istifadə edəcəklər. Putinin şəxsi nüfuzunu və Rusiyanın özünün mövqeyini zəiflətməyə çalışacaqlar”.

Müsahibimizə görə, Navalnının ölümü Rusiyaya o qədər də lazım deyildi. Onun sözlərinə görə, bu ölümün mənəvi yükü həm Putinin üzərinə düşür, həm də Rusiyanın xarici mövqelərini zəiflədir:

“Ölümündə Navalnının özünün də günahı var idi. Ona Almaniyada müalicə almağa imkan yaradılmışdı. Yenidən ölkəyə qayıdışı isə düzgün addım deyildi. Navalnı ilə bağlı məsələ də Rusiya ilə bağlı o qara qovluqda yer alacaq və ölkənin demokratik zəmində olan imicinə zərbə vuracaq”.

Tofiq Abbasov: Navalnının ölümü Rusiyaya o qədər də lazım deyildi

Politoloq qeyd edib ki, Ukrayna münaqişəsində bu proseslərin xüsusi rolu var:

“Ayrı-ayrı Avropa ölkələri durmadan Ukraynaya dəstəklərini artırırlar. Məsələn, Danimarka artilleriya qurğularını öz ordusundan çıxarıb Kiyevə göndərir, digər ölkələr hava hücumundan müdafiə sistemlərini göndərir və s. Burada bir növ özünəməxsus kampaniya gedir. Bu kampaniya bir tərəfdən Ukraynaya dəstək verirsə, digər tərəfdən Rusiya maraqlarının ziddinə atılan addımlardır”.

T.Abbasov qeyd edib ki, Rusiya öz təminatına görə güclü məmləkətdir. Onun kifayət qədər çoxsaylı imkanları var. Strateji baxımdan da Rusiya Ukrayna ilə müqayisə oluna bilməz. Ona görə bütün təzyiqlərə tab gətirə bilir:

“Digər tərəfdən də müharibə aparan ölkə olduğu üçün istər-istəməz zəifləyir. Cəbhəxanalarından istifadə edərək istifadə olunan ehtiyatlarının yerini doldurmaq üçün çox səy göstərir. Müharibə hələ bitməyib. Bu yaxınlarda Cozef Borel döyüşlərin ən azı iki ay davam edəcəyini bildirdi. Hər şey gedişatdan asılıdır”.

Həmsöhbətimizin sözlərinə görə, Rusiyaya qarşı soyuq müharibə daim davam edəcək:

“Bu müharibədə də Qərb birliyi istər Amerika, istər Avropa Birliyi Rusiyaya zərrə qədər də imkan vermək istmirlər ki, o öz möqelərini beynəlxalq aləmdə bərpa etsin, üzünə bağlanmış qapılar açılsın. Ona görə də Rusiya alternativlər axtarır".

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026