Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti “digər mallar”ın satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Bakıvaxtı.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “BAHRAM” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Qalib şirkətə 19518.38 manat ödəniləcək.
“Digər mallar”ın satın alınması ilə bağlı müsabiqəyə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti gerb, bayraq, bayraq dirəyi, qapı lövhələri, qarderob yazısı, mərtəbə nömrəsi, “exit” yazısını alacaq.
Satın alınan mallar bu ilin sonuna kimi tenderdə qeyd olunmuş ünvana çatdırılmalıdır.
Qeyd edək ki, 2017-ci ildə dövlət qeydiyyatına alınan “BAHRAM” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 5 manatdır.
Ramid İbrahimov
















