• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Nazirlikdən bu şəxslərə - XƏBƏRDARLIQ

CƏMİYYƏT

12 Sentyabr 2022 | 17:37

Nazirlikdən bu şəxslərə - XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, mətndə deyilir:

"Bəzi xaricdə təhsil şirkətlərinin xidmətlərindən istifadə edən vətəndaşlar üzləşdikləri çətinlik və mənfi hallarla bağlı Elm və Təhsil Nazirliyinə mütəmadi müraciət edirlər. Təəssüf ki, belə şikayətlər xüsusilə, Dövlət Proqramları, eyni zamanda Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində xaricdə təhsil müsabiqələrinin keçirildiyi dövrdə daha intensivləşir.

Bununla əlaqədar bildirmək istərdik ki, Elm və Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusən də qeyd edilən proqramlar ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.

Vətəndaşlara bir daha bildirmək istərdik ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd sözügedən proqramlara seçim zamanı heç bir rol oynamır. Eyni zamanda, belə şirkətlərin vasitəçiliyi ilə Elm və Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı heç bir xüsusi üstünlüyə malik olmur. Vətəndaşlardan xahiş olunur ki, bu cür vədlərlə qarşılaşdıqları halda Elm və Təhsil Nazirliyinin 146 – 6 “Çağrı Mərkəzi”nə məlumat versinlər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR