• Bakı 6° C

    0.62 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Türkiyədə erkən seçki olacaq? - Ərdoğan nöqtə qoydu

DÜNYA

22 Dekabr 2021 | 14:14

Türkiyədə erkən seçki olacaq? - Ərdoğan nöqtə qoydu

“2023-cü ilin iyununda ən yaxşı seçimi edəcəyik”.

Bakıvaxtı.az-ın türk mediasına istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib bildirib.

Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı müxalifət partiyalarının erkən seçki çağırışlarına reaksiya verib: “Erkən seçki yoxdur, mən son nəqtəni qoyuram”.

Prezident bildirib ki. Türkiyə hüquq dövlətidir, seçkilər müəyyən edilən tarixdə keçiriləcək.

“Bu ölkədə qanunun nə olduğunu öyrənəcəksiniz. 2023-cü ilin iyun ayında seçimimizi ən yaxşı şəkildə edəcəyik”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026