• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Növbəti mərhələyə keçən "Qarabağ" nə qədər qazandı?

İDMAN

23 Fevral 2024 | 10:00

Növbəti mərhələyə keçən Qarabağ nə qədər qazandı?

UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubunu mübarizədən kənarlaşdıran "Qarabağ"ın qazandığı mükafatın məbləği bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, 1/8 finala yüksələn ölkə çempionu Avropa futbol qurumundan 1,2 milyon avro alacaq.

Qeyd edək ki, "köhlən atlar" Portuqaliyada rəqibini 4:2 hesabı ilə məğlub etmişdi. Bakıdakı cavab qarşılaşmasının əsas vaxtında qonaqlar qələbə qazandığından (2:0), əlavə vaxta ehtiyac duyulub. Burada "Braqa"dan güclü olan (2:1) Ağdam klubu ümumi hesabda (6:5) Portuqaliya təmsilçisini üstələyərək mərhələ adlayıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024