Rusiyanın Novosibirsk vilayətində Rusiya Qvardiyasının rəhbərliyi altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) "Kobalt-2024" xüsusi təliminin açılış mərasimi keçirilib.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, təlimlər çərçivəsində iştirakçılar təcrübə mübadiləsi aparacaq və xüsusi təyinatlı bölmələr arasında qarşılıqlı fəaliyyət vərdişlərini təkmilləşdirəcəklər.
Təlimlər zamanı qüvvə və vasitələrin qruplaşdırılması üzrə yeni fəaliyyət formaları və üsulları, həmçinin silahların, hərbi texnikanın yeni modelləri, PUA-lardan istifadənin taktiki üsulları sınaqdan keçiriləcək. Təlimlər avqustun 16-da başa çatacaq.
Qeyd edək ki, təşkilat 2024-cü il üçün Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanda keçiriləcək yeddi birgə hərbi təlim planlaşdırıb.
Gülşən Şərif