Oman körfəzində yük gəmisi raket hücumuna məruz qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatında deyilir.
"Yük gəmisi naməlum raketin zərbəsinə məruz qalıb, bu da zədələnməyə səbəb olub", - bəyanatda qeyd olunub.
Britaniyanın dəniz idarəsi bildirib ki, hadisə Omanın Dahit bölgəsindən 7,5 dəniz mili (13,89 kilometr) cənub-şərqdə baş verib.
Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan yoxdur və ətraf mühitə ziyan dəyməyib.
UKMTO bu ərazidəki gəmilərə keçid zamanı ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.
Bakı 



